“Neftçi” bu gün cavab oyunu keçirəcək

“Neftçi” bu gün cavab oyunu keçirəcək Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

Turnirdə yeganə təmsilçimiz olan “Neftçi” klubu bu axşam cavab oyununa çıxacaq.

İlk oyunda Bakıda 0:0 bərabərə qalan “Neftçi” klubu Albaniyada “Skenderbeu”nun qonağı olacaq. Son Azərbaycan çempionununu bu görüşdə istənilən qollu heç-heçə və ya minimal hesablı qələbə qane edəcək.

Qeyd edək ki, “Neftçi” “Skenderbeu” səddini keçəcəyi təqdirdə III təsnifat mərhələsində BATE (Belarus) – “Şaxtyor” (Qazaxıstan) cütünün qalibi ilə qarşılaşacaq. Xatırladaq ki, “Şaxtyor” ilk oyunda səfərdə gözlənilmədən BATE-ni 1:0 hesabı ilə məğlub edib.


23 iyul
Çempionlar Liqası, II təsnifat mərhələsinin cavab oyunu
23:00. “Skenderbeu” (Albaniya) – “Neftçi” (Azərbaycan) (İlk oyun – 0:0)



live.az
Şərhlər
İdman bölməsinin xəbərləri