Ölkədə buğda və arpa istehsalı artıb
- 06.09.2019, 21:11,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu il aqrar sahədə müsbət inkişaf dinamikası davam edib. İlin ilk 6 ayı ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi istehsal həcmi 13 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 25,6 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 2,9 faiz artıb.
Trend-in məlumatına görə, bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib.
Nazirin sözlərinə görə, 2019-cu il taxıl mövsümünün müsbət göstəriciləri ilə də yadda qalıb. Taxıl biçini Aran bölgəsində mayın 25-də başlayıb və iyulun 10-na kimi ümumi əkin sahəsinin 90 faizində əkin başa çatdırılıb. Qalan 10 faizi isə yüksək dağlıq ərazilərdə yerləşən taxıl sahələri olduğu üçün onların da biçini məhsul yetişdikcə davam etdirilib:
"Bu il əsas taxıl biçini dövrü ötən illə müqayisədə 20 gün tez başa çatıb və 3228330 ton məhsul toplanıb. Respublika üzrə taxıl istehsalının orta məhsuldarlığı 31,3 sentner, o cümlədən buğda üzrə orta məhsuldarlıq 32,4 sentner, arpa üzrə isə 29,7 sentner təşkil edib. 2018-ci illə müqayisədə buğdanın məhsuldarlığı 2,3 sentner, arpanın məhsuldarlığı isə 1,8 sentner artıb. 2018-ci illə müqayisədə bu il 200 min ton artıq buğda və arpa məhsulu toplanıb”.