Gürcüstan parlamentinin qarşısında insident baş verib



Gürcüstan parlamentinin qarşısındakı aksiyada insident yaranıb.

Report xəbər verir ki, Vətənpərvərlər Alyansı Partiyasından olan deputat Emzar Kvitsiani və aksiya iştirakçıları arasında qarşıdurma baş verib.

Aksiyanın təşkilatçısı “Ayıbdır” hərəkatının üzvləri E.Kvitsianini kölə adlandırıblar. Deputat aksiyaçılara fiziki təzyiq göstərib.

Polis qarşıdurmaya müdaxilə edərək E.Kvitsianini ərazidən uzaqlaşdırıb.

///

Gürcüstan parlamentinin binası qarşısında “Ayıbdır” hərəkatının təşkil etdiyi etiraz aksiyası davam edir.

Report xəbər verir ki, etirazçılar aksiyaya bir neçə qoyun gətiriblər.

Təşkilatçılar bildiriblər ki, deputatlar Giorgi Qaxarianın baş nazir vəzifəsinə namizədliyinə qoyun kimi səs verəcəklər.
Şərhlər
Dünya bölməsinin xəbərləri