Sabah Bakıda havanın hərarəti 30-35 dərəcə təşkil edəcək

Sabah Bakıda havanın hərarəti 30-35 dərəcə təşkil edəcək Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamenti iyulun 24-də gözlənilən hava proqnozunu açıqlayıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, iyulun 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal qərb küləyi yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 19-24 dərəcə, gündüz 30-35 dərəcə isti olacaq.


Azərbaycanın rayonlarına hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə şimal və qərb rayonlarında şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək. Temperatur Aran rayonlarında gecə 19-24 dərəcə, gündüz 33-38, bəzi yerlərdə 40, dağlarda gecə 12-17 dərəcə, gündüz 24-29 dərəcə isti olacaq.
Şərhlər
Sosial bölməsinin xəbərləri