OPEC+ 2020-ci il üçün neft proqnozunu müzakirə edəcək
- 09.09.2019, 13:11,
- Iqtisadiyyat / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Sentyabrın 12-də Əbu-Dabidə keçiriləcək OPEC+ Monitorinq Komitəsinin iclasında nazirlər ticarət müharibələrinin təsirini və 2020-ci il üçün proqnozu müzakirə edəcəklər.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə OPEC-in Baş katibi Məhəmməd Barkindo Sinqapurda keçirilən Asiya-Sakit Okean Neft Konqresi zamanı bildirib.
"İclasda avqust ayı üçün məlumatları nəzərdən keçirəcəyik. Həmçinin bazardakı vəziyyəti, daha doğrusu, davam edən ticarət mübahisələrinin dünya iqtisadiyyatına necə təsir etdiyini qiymətləndirəcəyik. 2020-ci il üçün proqnozu nəzərdən keçirəcəyik. Bu, çox maraqlıdır. Dördüncü rübə yaxınlaşırıq, ona görə də 2020-ci illə bağlı proqnozlar daha aydın olur. Bazarın 2020-ci ildə necə olacağı ilə bağlı uzan-uzadı danışacağıq", - M.Barkindo deyib.
O, həmçinin nazirlərin Vyana sazişi üçün yeni hədəf orientrləri məsələsini nəzərdən keçirə biləcəyini qeyd edib.
"Bu məsələ hələ gündəmdə deyil, ancaq bazardakı vəziyyəti dəyərləndirərkən bunu da müzakirə edə bilərik", - o söyləyib.
Qeyd edək ki, OPEC+in hasilatın azaldılması üzrə sazişi 2020-ci il mart ayının sonuna qədər qüvvədədir və neftin qiymətini sabitləşdirmək məqsədi daşıyır. Sazişə əsasən, iştirakçı ölkələr hasilatı 2018-ci ilin oktyabr ayının səviyyəsinə nisbətən gündəlik 1,2 milyon barel azaltmalıdır.