Azərbaycan millisi Xorvatiya yığması ilə heç-heçə edib

Bu gün Bakıdakı "Baksel Arena" stadionunda Azərbaycan və Xorvatiya milli komandaları arasında futbol üzrə 2020 Avropa çempionatının növbəti seçmə oyunu keçirildi.

Live.az-in məlumatına görə, qarşılaşma 1: 1 hesabı ilə başa çatıb.

Belə ki, 11-ci dəqiqədə 34 yaşı olan Luka Modriç penaltidən hesabı açıb. Azərbaycan yığması 72-ci dəqiqədə Təmkin Xəlilzadənin fantastik ötürməsi nəticəsində qol vura bilib.
Şərhlər
İdman bölməsinin xəbərləri