İspaniya Aİ-Azərbaycan sazişinin yaxın zamanlarda imzalanacağını gözləyir

İspaniya Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni tərəfdaşlıq sazişinin yaxın zamanlarda imzalanacağını gözləyir.

Bunu Trend-ə İspaniyanın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili İqnasio Sançes Taboada deyib.

O bildirib ki, İspaniya hökuməti Azərbaycanla Aİ üzv ölkələri, o cümlədən rəsmi Madrid arasında ticarətin liberallaşması üzrə müvafiq bəndin yer aldığı yeni sazişin imzalanmasına ümid edir:
“Ticarət bu gün kompleks siyasətdir. Məhz Aİ bütün üzv ölkələrin adından ticarət sazişləri üzrə danışıqlar aparır. Biz gözləyirik ki, saziş iki illik məhsuldar danışıqlar nəticəsində qısamüddətli perspektivdə imzalanacaq”.

Şərhlər
Siyasət bölməsinin xəbərləri