“Bakı Metropoliteni”nin Bənövşəyi xəttinin yeni stansiyası tikiləcək"
- 12.09.2019, 17:09,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Bakı Metropoliteni” QSC-nin “Xətai” stansiyasının yaxınlığında Bənövşəyi xəttin yeni stansiyası tikiləcək".
LİVE.az-ın məlumatına görə, bunu “Report”a açıqlamasında qurumun sədr müavini Hidayət Məmmədov deyib.
“Şərti adı "B7" olacaq stansiya "Xətai" stansiyası ilə birləşəcək. Son nəticədə burdan “Avtovağzal” stansiyasına qədər getmək olacaq”, - o bildirib.
H.Məmmədov metronun "Cəfər Cabbarlı" stansiyasının "Nizami" stansiyası ilə birləşdirilməsi barədə planın da gündəmdə olduğunu qeyd edib: “Bunun üçün tunelin tikintisi metronun inkişaf konsepsiyasına uyğun aparılacaq”.