Mədəniyyət naziri müğənni Sami Yusufun Nəsiminin qəzəli əsasında kompozisiya hazırlamasına münasibət bildirib
- 12.09.2019, 17:26,
- Mədəniyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycan əsilli müğənni Sami Yusufun azərbaycanlı şair, mütəfəkkir İmadəddin Nəsiminin “Sığmazam” qəzəli əsasında kompozisiyaya hazırlamasına münasibət bildirib.
LİVE.az "Report"a istinadla verdiyi xəbərinə görə, nazir keçirdiyi mətbuat konfransında kompozisiyanı müsbət dəyərləndirdiyini vurğulayıb.
"Bu iş alqışlanan idi. Biz onu o vaxt qəsdən yaymadıq. Çünki razılıq əldə olunmuşdu. Yazılan rəyləri, fikirləri oxuyuram və çox xoş oldu. Yaradıcı insanların işi hər zaman göz önündə olur", Ə.Qarayev bildirib.