Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 8,25%-dən 8%-ə endirilməsi haqqında qərar qəbul edib.

“Report” quruma istinadən xəbər verir ki, faiz dəhlizinin aşağı həddi 6,25%, yuxarı həddi isə 9,75% (uçot dərəcəsinə ±1,75%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib.

Bu qərar bu gündən qüvvəyə minir. AMB-nin rəhbərliyi faiz dəhlizinin paramentlərinə növbəti dəfə oktyabrın 25-də baxacaq.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri