Növbəti Alman-Azərbaycan Biznes Forumu sentyabrda Bakıda keçiriləcək
- 15.09.2019, 15:13,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
27 sentyabr 2019-cu il tarixində Hyatt Konfrans Mərkəzində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Almaniyanın Şərq Komitəsi və Şərqi Avropa İqtisadi Birliyinin dəstəyi ilə Bakıda "Sənaye və İnfrastrukturun Modernləşdirilməsi" mövzusuna həsr olunmuş Alman-Azərbaycan Biznes Forumunu təşkil edəcək.
Palatadan Trend-ə verilən məlumata görə, bu il forumun əsas mövzuları maliyyə və biznes mühiti, nəqliyyat və infrastruktur, və kənd təsərrüfatı və qida sənayesidir. Tədbirin əsas məqsədi Alman və Azərbaycan şirkətlərini biznes platforması ilə təmin etmək, onların yeni işgüzar əməkdaşlıq üçün mövcud imkanları müzakirə etməsi və öz layihə və təkliflərini təqdim etməsinə şərait yaratmaqdır.
Forumun açılış mərasimində Alman və Azərbaycan hökumətinin yüksək vəzifəli nümayəndələrinin iştirakı gözlənilir.
Forumda iştirak ödənişsizdir. Tədbir İngilis dilində keçiriləcək və Azərbaycan dilinə sinxron tərcümə olunacaq.
Forum ilə bağlı əlaqələndirici şəxs Aynur Nəsibova Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) E-mail: forum@ahk-baku.de Tel: +99412 497 63 06/07 | Media ilə bağlı əlaqələndirici şəxs Aidə Əliyeva Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) E-mail: aida.aliyeva@ahk-baku.de Tel: +99412 497 63 06/07 |