Alma bağlarının hər hektarına görə fermerlərə 800 manat subsidiya veriləcək
- 21.09.2019, 20:26,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda 2020-ci ildən başlayaraq ilk 4 il ərzində intensiv alma bağlarının hər hektarına görə fermerlərə 800 manat subsidiya veriləcək.
Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov məlumat verib. Onun sözlərinə dörə, beşinci ildən başlayaraq isə intensiv meyvə bağlarına 240 manat əkin subsidiyası ödənilməsi nəzərdə tutulur:
"Aqrar Subsidiya Şurasının bu qərarı 2019-cu ildən salınmış alma bağlarına şamil edilir. İntensiv alma bağı dedikdə, damcı suvarma sistemi ilə təmin olunmuş, 1 hektara minimum 650 ədəd vegetativ calaqaltı tingin əkildiyi bağlar nəzərdə tutulur. Aqrar Subsidiya Şurası 2019-cu ildən əvvəl salınmış intensiv meyvə bağlarına və intensiv olmayan meyvə bağlarına əkin subsidiyasını 1,2 əmsalla ödəyəcək. Bu kateqoriya bağların hər hektarına görə fermerlərə hər il 240 manat subsidiya veriləcək. Subsidiya verilməsi üçün intensiv olmayan meyvə bağlarınını hər hektarında ən azı 90 ting əkilməsi şərtdir".
Nazirlik rəsmisi əlavə edib ki, 2019-ci ildə 10 hektar damcı suvarma sistemi ilə təmin olunmuş, “5X3 əkin sistemi” ilə hər hektarda ən azı 650 vegetativ calaqaltılı alma tingi əkmiş fermer 2020-2023 cü illərdə hər il 8000 manat, 2024-cü ildən başlayaraq isə 2400 manat subsidiya alacaq.