Rusiya Suriyadakı sınaqlardan sonra 12 silahın istehsalını dayandırıb



Rusiya Suriyada əməliyyatlar zamanı sınaqlardan uğursuz çıxdığına görə 12 növ silahın istehsalını dayandırıb, daha 300 növ silahı isə modernləşdirib.

“Report” RİA “Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu "Moskovski Komsomolets" nəşrinə müsahibəsində bildirib.

Qeyd edək ki, cari ilin avqust ayında Rusiya Müdafiə Nazirliyi Suriyada Rusiyanın 231 növdən çox silahın aprobasiyadan keçdiyini açıqlamışdı.

O, həmçinin ABŞ-ın dünyada 170 hərbi bazasının olmasına baxmayaraq Rusiyanın Amerikaya təsirli şəkildə cavab verə biləcəyini də bildirib.
Şərhlər
Dünya bölməsinin xəbərləri