Fahişəliklə məşğul olan iki qadın tutuldu

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları fahişəliklə məşğul olan qadınları saxlayıb.


ANS-in nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində iyulun 22-də Şirvan şəhər sakini Bədirə Cahangirova və Bakı şəhər sakini Nərmin İsgəndərova gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etdiklərinə görə saxlanılıb.


Araşdırmalar davam etdirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri