Ötən il Azərbaycanda 7000-ə yaxın uşaqsız ailə boşanıb
- 28.09.2019, 15:20,
- Hadisə / Əsas
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ötən il Azərbaycanda, ümumilikdə, qeydə alınan 14 857 boşanma halının 6559-u uşaqsız ailələrdə baş verib.
LIVE.az Report-a istinadla xəbər verir ki, uşaqlı boşanan ailələrin sayı isə 8298 təşkil edib.
Bundan başqa, iki və daha çox uşaqlı boşanan ailələrin sayı 4404-dür.
Ötən il qeydə alınan boşanma faktlarında nikahın davametmə müddətinə gəlincə, 5 ilə qədər davam edən nikahların sayı 5296, 5-9 il davam edən 4188, 10-19 il davam edən 3441, 20 il və yuxarı davam edən nikahlar 1932 təşkil edib.
Qadın və kişilər arasında yaş qruplarına görə boşanma faktları daha çox 25-29 və 30-34 yaş aralığında qeydə alınıb.
Ötən il ölkədə 62 484 nikah qeydə alınıb. Onlardan 338-i gəlinlər arasında 18 yaşadək olub. Bəylər arasında bu rəqəm 7 olub. 18-19 yaş arasında nikaha girən gəlinlərin sayı 13 795, bəylərin sayı isə 156 nəfər olub. 60 və yuxarı yaşda nikaha girən gəlinlərin sayı 210, bəylər isə 182 təşkil edib.