Rumıniyada SOCAR brendi ilə daha bir YDM istismara verilib
- 24.07.2013, 00:28,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İyulun 22-də Rumıniyanın Neamt iqtisadi regionunun Roman şəhərində SOCAR brendi altında fəaliyyət göstərən yeni yanacaqdoldurma məntəqəsi (YDM) istismara verilib.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, YDM-in açılışına həsr olunmuş mərasimdə "SOCAR Petroleum SA" şirkətinin əməkdaşları, Roman şəhərinin meri Laurentiu Dan Leoreanu, Rumıniya Nazirlər Kabinetinin dövlət katibi Mihai Adrian Albulesku, yerli hökumət qurumlarının və medianın nümayəndələri iştirak ediblər.
2000 kvadratmetrlik sahəni əhatə edən YDM-də müştərilərə Euro Dizel 95, Super Euro Dizel 98, Benzin 95 və 98 tipli neft məhsulları, maye qaz təklif olunur. Məntəqədə 3 sayğac quraşdırılıb. Burada 4 kiçik avtonəqliyyat vasitəsinin və 2 iri tutumlu yük maşınının eyni zamanda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb.
YDM ərazisində kafe fəaliyyət göstərir. Müştərilər, həmçinin 24 saat pulsuz internet xidmətləri ilə təmin olunublar. Rumıniyada ilk dəfə olaraq burada internetdən istifadə üçün müştərilərə tablet təqdim edilir.
Bu, Rumıniyada SOCAR brendi altında fəaliyyət göstərən sayca 16-cı, Neamt rayonunda isə 4-cü YDM-dir.