Azərbaycan balının ixrac coğrafiyası genişlənib - Nazir müavini


Arıçılıq sahəsinin inkişafı aqrar sektorda məşğulluğu artıra bilər.

Trend-in məlumatına görə, bunu Arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkasının açılış mərasimində Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov bildirib.

Onun sözlərinə görə, arıçılıq Azərbaycanın qədim ənənələrinə malik peşə sahəsidir: "Ölkəmizin aqrar sektorunun inkişafında arıçılığın özünəməxsus yeri var. Son iki ildə arıçılıq sahəsində mühüm yeniliklər olub. Arı ailələrin sayı beş yüz üç minə çatıb".

Nazir müavini vurğulayıb ki, ötən il 5-6 ton bal ixrac edilmişdi. İndi balın ixracı 8 tondan çox olub və ixrac coğrafiyası genişlənib. Biz arıçılıq məhsullarının ixrac coğrafiyasını daha da genişləndirə bilərik".

S.Talıbov əlavə edib ki, arıçılığın yem təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçiriləcək.

Nazirlik rəsmisi vurğulayıb ki, yarmarka bitdikdən sonra keyfiyyətsiz ballar sahiblərinə geri qaytarılacaq. Keyfiyyət dəstəyinə cavab verməyən bal məhsulları hazırda anbarlarda saxlanılır: "Bu il təqribən 120 min tondan çox bal satışa çıxarılıb. Buna baxmayaraq, 14 faizədək keyfiyyət dəstəyinə cavab verməyən bal məhsulları satışdan uzaqlaşdırılıb. Həmin ballar karantin şəraitdə anbarlarda saxlanılır, yarmarka sona çatdıqda öz sahiblərinə təhvil veriləcək”.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri