Azərbaycan ərazisindən tranzit yüklərin daşınma vaxtını daha da azaltmaq təklif olunur

“Ölkə ərazisindən yükdaşımaların cəlbediciliyini artırmaq üçün sərhəd-keçid məntəqələrində yüklərin gözləmə vaxtını daha da azaltmaq lazımdır”.

LİVE.az-ın xəbərinə görə, bunu “Report”a Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinin (TRASECA) Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Akif Mustafayev deyib.

O vurğulayıb ki, ölkənin sərhəd-keçid məntəqələrində tam rəqəmsal texnologiyaya keçmək lazımdır: “Bu gün dəniz daşımalarında yüklər 45 günə çatırsa, Azərbaycanın iştirak etdiyi dəhlizlərdə yükdaşıma iki həftəyə reallaşır. Bu müddəti daha da qısaltmaq mümkündür. Bu isə öz növbəsində Azərbaycan ərazisininin yükdaşımalarda cəlbediciliyini daha da artıracaq”.

A.Mustafayev əlavə edib ki, tranizit yük ölkədən çıxan zaman ölkənin sərhəd-keçid məntəqələrinə yük və sürücü ilə bağlı bütün məlumatlar çatmalıdır: “Bu, sürcünün sərhəd-keçid məntəqələrində gözləmək vaxtını daha da azaldacaq”.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri