AFFA "Düdelanj" - "Qarabağ" matçındakı erməni təxribatına reaksiya verib [Yenilənib]

  


AFFA rəhbərliyi Lüksemburqda "Düdelanj" və "Qarabağ" arasındakı Avropa Liqasının II tur matçında baş vermiş erməni təxribatına reaksiya verib.

"Report"un milli assosiasiyanın "Facebook" səhifəsinə istinadən məlumatına görə, milli assosiasiya rəsmiləri dərhal UEFA ilə əlaqə saxlayaraq, narazılığını bildirib. Bu gün Avropa futbol qurumuna rəsmi qaydada müraciət olunacaq.

Qeyd edək ki, matçın 30-cu dəqiqəsində "Qarabağ" 2-ci qolunu vurduqdan sonra "Jozi Bartel" stadionu üzərində dronla qondarma "Dağlıq Qarabağ" rəhbərliyinin "bayrağ"ı sallanıb. Azərbaycan komandası və azarkeşlər buna kəskin etiraz ediblər. Matçda fasilə yaranıb. Lüksemburqun idman naziri üzrxahlığını çatdırdıqdan sonra görüş davam etdirilib. Matç "Qarabağ"ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.


////

00:00 04/10/19

“Düdelanj”- Qarabağ” oyununda təxrubat baş verib


UEFA Avropa Liqasında qrup mərhələsinin II turu çərçivəsində keçirilən “Düdelanj”- Qarabağ” oyunu dayandırılıb.

"Report" xəbər verir ki, buna səbəb stadionda baş vermiş təxribat olub.

Belə ki, qarşılaşmanın 30-cu dəqiqəsində "Qarabağ"ın oyunçusu Miçelin rəqib qapısında ikinci qolundan sonra qondarma Dağlıq Qarabağ rejiminin bayrağı dronla stadiona gətirilib. Bundan sonra stadionda azarkeşlər, habelə oyunçular arasında gərginlik yaranıb.

Bununla əlaqədar baş hakim Con Biton oyunu dayandırıb və oyunda fasilə elan olunub. Komandaların üzvləri meydanı tərk ediblər.

Qeyd edək ki, "Qarabağ" matçın 11-ci dəqiqəsində Abdella Zubirin, 30-cu dəqiqədə isə Miçelin vurduğu qollarla ilə hesabda 2:0 irəlidədir.
Şərhlər
İdman bölməsinin xəbərləri