Yuxarı Qarabağ kanalında batmış şəxsin meyiti tapılıb

Yuxarı Qarabağ kanalında batmış şəxsin meyiti tapılıb. Bu barədə Trend məlumat verib.


Xəbərdə deyilir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, 22 iyul 2013-cü il tarixində Yuxarı Qarabağ kanalının Bərdə rayonu Alpout kəndi ərazisindən keçən hissəsində batan 1977-ci il təvəllüdlü Nadirov Ceyhun Mirzə oğlunun axtarışları başa çatdırılıb.


Qeyd olunan şəxsin meyiti batdığı yerdən 15 km aralıda Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən suda tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri