Ərdoğan: "Trampın ətrafı Suriya ilə bağlı tapşırıqları yerinə yetirməyib"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ağ Evin rəhbəri Donald Trampın ətrafı ABŞ liderinin Amerika qoşunlarının Suriyadan çıxarılması ilə bağlı tapşırıqları yerinə yetirməyib.

LIVE.az-ın xəbərinə görə, bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.

Dövlət başçısı qeyd edib ki, o, təhükəsizlik zonasının əhatə edə biləcəyi əraziləri ABŞ-ın sabiq prezidenti Barak Obama şəxsən göstərib. Sonra yeni prezident Donald Tramp da həmin nəticəyə gəlib. ABŞ prezidenti qoşunların çıxarılması haqqında məsələ qaldırıb.

"Ancaq ətrafı onun tapşırıqları yerinə yetirmir", - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə lideri həmçinin yenidən rəsmi Vaşinqtonu PKK-nın Suriyadakı tərəfdarlarını silahla təchiz etməkdə ittiham edib.

"Amerikalılar Suriyadakı 30 min silahla dolu yük maşınını kimə çatdırdılar? Niyə bu çatdırmalar davam edir? Türkiyə bu suallara cavablar almaq hüququna malikdir", - deyə Ərdoğan əlavə edib.
Şərhlər
Dünya bölməsinin xəbərləri