Azərbaycan millisi bu il ilk qələbəsini qazanıb

 


Futbol üzrə Azərbaycan milli komandası baş məşqçi Nikola Yurçeviçin rəhbərliyi altında ilk qələbəsini qazanıb. 

LİVE.az-ın məlumatına görə, qarşılaşma millinin qələbəsi ilə yekunlaşıb - 3:2.

Bəhreyn Milli Stadionundakı matçda hesabı meydan sahibləri açıb. Lakin 2-ci hissənin sonuna  yaxın Rüfət Dadaşov bərabərlik qolunu vurub. 



62-ci dəqiqədə Təmkin Xəlilzadə qonaq komandanı hesabda irəli çıxarıb. Bəhreyn tezliklə hesabı bərabərləşdirsə də, 70-ci dəqiqədə Ramil Şeydayev yekun nəticəni müəyyənləşdirib - 3:2. 

 

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 13-də Budapeştdə AVRO-2020-nin seçmə matçında Macarıstanın qonağı olacaq. "Groupama" stadionunda təşkil olunacaq matç Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Şərhlər
İdman bölməsinin xəbərləri