"Moody’s" Azərbaycanın maliyyə sektorundakı islahatları müsbət qiymətləndirib
- 12.10.2019, 00:06,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Moody’s” reytinq agentliyi son hesabatında Azərbaycanın mövqeyini sabit Ba2 səviyyəsində təsdiqləyib.
APA-nin Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən verdiyi məlumata görə, hesabatda qeyd edilir ki, maliyyə sektorundakı islahatlar əhali kütləsinin borc risklərini azaltmaq və kredit verilməsinin bərpasına yönəlib.
“Böyük həcmli xarici aktivlər üzrə xalis kreditor statusu və neft-qaz gəlirlərinin effektiv surətdə digər sektorlara yönəldilməsi hesabına daxili siyasi sabitliyin təmin olunması “Moody’s” reytinq agentliyi tərəfindən ölkənin kredit etibarlığının səciyyələndirən güclü tərəflər kimi qeyd edilmişdir”, - deyə hesabatda bildirilib.
Həmçinin hesabatda qeyd edilib ki, fiskal və maliyyə sektorunda aparılan islahatlar Azərbaycanın suveren kredit etibarlığını zərbələrə, elastikliklərə davamlılığını artıra, həmçinin hökumətin borc yükünü və bank sistemi riskini aşağı sala bilər.
“Moody’s” agentliyi ölkənin maliyyə sektorunda kreditlərin artmasını müsbət trend kimi qeyd etmişdir. Agentliyin qiymətləndirməsinə əsasən fiziki şəxs və müəssisələrə kreditlərin verilməsi 2018-ci ilin dekabrından artmaqdadır.
Qeyd edək ki, “Moody’s” reytinq agentliyi Azərbaycanın maliyyə sektorunda aparılan islahatlar barədə mütəmadi olaraq qiymətləndirmə aparır və agentliyin daha əvvəl açıqladığı hesabatında hökumətin problemli kreditlərin həlli istiqamətində təşəbbüsü yüksək qiymətləndirilmişdir.