10 oktyabrdan Nizami Kino Mərkəzinin ekranlarına türkiyənin “Annem” dram filmi çıxır.Filmin rejissoru - Mustafa Kotan. Aktyorlar: Sumru Yavrucuk, Özge Gürel, Sercan Badur və s.
“Annem” filmi bir ana və qızın hekayəsini danışır. Nazlı, anasından utanan və ən qısa müddətdə ondan yaxa qurtulmaq istəyən gənc bir qızdır.
Nazılının anası, qızı üçün hər şeyi etməyə hazır olan fədakar bir qadindır. Universitetə daxil olduqdan sonra Nazlı anasından və böyüdüyü kənddən ayrılır, İstanbula köçür. Amma təhsilini bitirdikdən sonar, o, anasının yanına qayıtmaq qərarına gəlir.