Ərdoğan "Barış pınarı" əməliyyatının nəticələrini açıqlayıb
- 15.10.2019, 23:04,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Barış pınarı" əməliyyatının hədəfi PKK/YPG-PYD-nin aradan qaldırılması, 3,6 milyon suriyalı qaçqının evlərinə dönməsidir. Bu gün hərəkatın 7-ci günüdür. Suriyada min km ərazini terrorçudan təmizləmişik"
LIVE.az Report-a istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Bakıda keçirilən VII Zirvə Görüşündə deyib.
O bildirib ki, Türkiyə ilkin mərhələdə bir milyon, sonra isə öz istəklərinə uyğun iki milyon suriyalının evlərinə dönməsini təmin edəcək: "Terrora qarşı mübarizəmizi dəstəkləyən liderlərə təşəkkür edirik. Dədə Qorqud demiş: “Yaxşı dost yaxşı gündə çağırıldığında, çətin gündə çağırılmayanda gələndir".