Parisdə Fransa və Azərbaycan XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə ediblər

İyulun 23-də Parisdə Fransa və Azərbaycan XİN rəhbərləri Loran Fabius və Elmar Məmmədyarov arasında görüş keçirilib.

APA-nın Fransa XİN-in mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, nazirlər Fransa və Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafını, əlaqələrin siyasi və iqtisadi aspektlərini, habelə Azərbaycan və Avropa Birliyi arasında olan əlaqələri müzakirə ediblər.

Tərəflər həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıq prosesinə toxunublar.

Xatırladaq ki, ATƏT Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentləri arasında görüşün keçirilməsi təşəbbüsünü irəli sürüblər.
Şərhlər
Siyasət bölməsinin xəbərləri