Dövlət Gömrük Komitəsinin büdcə öhdəliyi 8% artırılır
- 18.10.2019, 23:36,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
2020-ci ildə Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 4 milyard manat vəsait daxil olacağı gözlənilir.
“Report” bu barədə gələn ilin dövlət və icmal büdcələrinin layihələrinə istinadən xəbər verir.
Sənədlərə əsasən, bu, 2019-cu ilin proqnozu ilə müqayisədə 8% çoxdur.
Gələn il ən çox artım yol vergisində gözlənilir. Bu istiqamətdə daxilolmaların illik müqayisədə 40,6% artaraq 45 milyon manat olacağı nəzərdə tutulub. Əlavə dəyər vergisi üzrə daxilolmaların 13,2% artaraq 2 705 milyon manat, gömrük rüsumları üzrə daxilolmaların 5,6% artaraq 950 milyon manat, aksizlər üzrə daxilolmaların isə 21,1% azalaraq 300 milyon manat olacağı proqnozlaşdırılır.