"7.koğuşda Mucize" Bakıda nümayişə çıxıb


Cox gözlənilən "7.koğuşda Mucize" filmi  Nizami Kino Mərkəzində Türkiyədə nümayiş olunduğu üç gün ərzində 615 min 411 nəfərin izlədiyi "7.koğuşda Mucize" filmi oktyabrın 16-dan Nizami Kino Mərkəzində baxa bilərsiz.


Baş rollarını Aras Bulut İynəmli və balaca aktyor Nisa Sofiya Aksongurun ifa etdiyi filmin rejissoru Mehmet Ada Öztekindir.


Rollarda: Celile Toyon, İlker Aksum, Mesut Akusta, Deniz Baysal, Yurdaer Okur, Sarp Akkaya və
başqaları çəkilən filmin ssenari müəllifi Kubilay Tatdır.


Film, 7 yaşlı qızı ilə eyni zəkaya sahib olan atanın ədalət arayışını danışır. 1983-cü ildə Ege qəsəbəsində kiçik qız uşağı ölür. Ölən qız fövqəladə vəziyyət komandirinin qızıdır və onun ölümündə təqsirləndirilən şəxs nənəsi ilə yaşayan və 7 yaşında qızı olan Memodur. Memo nə qədər
təqsirsiz olduğunu desə də ona heç kim inanmır. Edam cəzası alan Memonun yaxınları ədalətin bərqərar olmasına çalışarkən, Memo və qızı Ovanın tək istəyi bir-birilərinə qovuşmaqdı.


 


  
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri