Azərbaycandakı mehmanxanaların gəlirləri açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında ölkə üzrə mehmanxanalarda 2666,7 min gecələmə keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9% çoxdur.

Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, gecələmələrin 55,7%-i Bakıda, 9,4%-i Qəbələdə, 9%-i Qubada, 5,5%-i Xaçmazda, 3,4%-i Naftalanda, 2,8%-i Qusarda, 2,5%-i Naxçıvan Muxtar Respublikasında, 1,2%-i Qaxda, hər birində 1% olmaqla Mingəçevir və Lənkəranda, 8,5%-i isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınıb.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,6% artaraq 1743,9 min olub ki, bu da ümumi gecələmələrin 65,4%-ni təşkil edir. Gecələmələrin 15,6%-i Səudiyyə Ərəbistanı, 11,1%-i Birləşmiş Ərəb Əmirlikləri, 10,4%-i Rusiya Federasiyası, 5,8%-i İsrail, 5,5%-i Hindistan, 5,1%-i İran, 4,6%-i Türkiyə, 3,6%-i Küveyt, 3,1%-i Böyük Britaniya, hər biri üzrə 2% olmaqla ABŞ və Qətər, 1,9%-i Pakistan, 1,6%-i Çin,1,4%-i İraq, 1,3%-i Qazaxıstan, hər biri üzrə 1,1% olmaqla Almaniya və Bəhreyn, 22,8%-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 76,2%-i Bakı şəhərində, 10%-i Qəbələdə, 3,7%-i Qubada, 2,8%-i Naxçıvan Muxtar Respublikasında, 2,7%-i Naftalan şəhərində, 4,6%-i isə digər rayon və şəhərlərdəki mehmanxanalarda qeydə alınıb. Azərbaycan vətəndaşları üzrə keçirilmiş gecələmələrin sayı 2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 16,1% artaraq 922,8 minə çatıb.

Bu ilin doqquz ayı ərzində mehmanxanaların gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,7% çox və ya 334 mln manat olub ki, onun da 66,9%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 25,1%-i içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 2,2%-i müalicə və sağlamlıq xidmətlərindən, 5,8%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

Bu ilin yanvar-sentyabr aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ölkə üzrə orta göstəricisi 23,6% (2018-ci ilin yanvar-sentyabr aylarında 21,9%) təşkil edib. Bu göstərici Qubada 54,3%, Naftalanda 53,7%, Şabranda 50,6%, Qəbələdə 40,8%, Bakıda 32,6%, Beyləqanda 32%, digər şəhər və rayonlarda isə orta ölkə göstəricisindən aşağı olub. Mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ən yüksək orta göstəricisi (46,4%) avqust ayında qeydə alınıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri