Rusiyada milyarderlərin sayı il ərzində 50 faiz artıb
- 21.10.2019, 22:41,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Son bir il ərzində sərvəti 1 milyard dollara çatan yetkinlik yaşında olan Rusiya vətəndaşlarının sayı 74-dən 110-dək artıb.
“Report” TASS-a istinadən xəbər verir ki, “Credit Suisse” bankının araşdırmasına əsasən, 3120 vətəndaşının varidatı 100 milyon dollara çatan Rusiyada zənginlərin sayının artımına görə dünyada 9-cu yerdə qərarlaşıb.
Bununla yanaşı, dünyanın 1 faiz təşkil edən ən zəngin şəxslərinin 264 nəfəri Rusiya vətəndaşıdır.
Bütövlükdə hazırda Rusiyada maliyyə ehtiyatlarının 83 faizi əhalinin 10 faizinə məxsusdur.