Azərbaycan Prezidenti ilə Venesuela Prezidentinin görüşü olub



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 25-də Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro ilə görüşüb.

LIVE.az xəbər verir ki, Prezident Nikolas Maduro Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün yüksək səviyyədə təşkil oldunduğunu qeyd etdi və Prezident İlham Əliyevə bu Zirvə Görüşünə sədrliyinə görə minnətdarlığını ifadə etdi.

Söhbət zamanı Azərbaycanın Qoşulmama Hərəkatına uğurla sədrlik edəcəyinə əminlik ifadə olundu.

Görüşdə Bandunq Prinsiplərinin dövlətlərarası münasibətlərdə mühüm rolu xüsusi qeyd olundu və bu prinsiplər əsasında Qoşulmama Hərəkatının beynəlxalq sülh və təhlükəsizliyə töhfə verdiyi vurğulandı. Bandunq Prinsipləri, xüsusilə dövlətlərin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və onların daxili işlərinə qarışılmamasının beynəlxalq münasibətlərin təməl prinsipləri olmasının vacibliyi bildirildi.

Söhbət zamanı, həmçinin Qoşulmama Hərəkatı çərçivəsində üzv dövlətlər arasında həmrəyliyin, qarşılıqlı dəstəyin və əməkdaşlığın gücləndirilməsinin önəmi bildirildi.
Şərhlər
Siyasət bölməsinin xəbərləri