Neftçalada baldızla gəlinin mübahisəsi ölümlə nəticələnib
- 24.07.2013, 15:33,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Neftçala rayonunda baldızla gəlinin mübahisəsi gəlinin ölümü ilə nəticələnib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Neftçala rayonunun Şorkənd icra nümayəndəliyindən məlumat verilib.
Kənd sakini, 71 yaşlı Almaz Mirəli qızı Göyçayeva ilə evin gəlini olan 41 yaşlı Samirə Əjdər qızı Göyçayeva arasında mübahisə düşüb. Baldız gəlini vurmaq istəyib. Samirə Göyçayeva evdən qaçmaq istəyərkən ayağı büdrəyib və başı dəmirə çırpılıb. O, başından aldığı ağır xəsarət nəticəsində hadisə yerində dünyasını dəyişib.
Ruhi xəstə olduğu ehtimal olunan Almaz Göyçayeva isə polis əməkdaşları tərəfindən saxlanılaraq polis idarəsinə aparılıb.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.