Dənizdə batmış şəxsin cəsədi tapılıb

Dənizdə batmış şəxsin cəsədi tapılıb. Bu haqda Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir.

Məlumatda deyilir ki, 25 aprel 2013-cü il tarixində, Lənkəran rayonu, Sütəmurdov kəndi ərazisində dənizdə batmış 1957-ci il təvəllüdlü Afərin Mikayıl oğlu Vəliyevin axtarışları başa çatıb.

A.Vəliyevin cəsədi Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin və Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşlarının iştirakı ilə dalğıc-xilasediciləri tərəfindən sahildən təxminən, 100 m aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 19:35-də başa çatıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri