Azərbaycanda I qrup üzrə qəbul imtahanında 18616 abituriyent 0-100 bal arası nəticə göstərib
- 24.07.2013, 15:52,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda 2013-2014-cü tədris ili üçün ali məktəblərə və orta ixtisas təhsili müəssisələrinə I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanının nəticələrinə əsasən abituriyentlərin 18616-sı 0-100 bal arası nəticə göstərib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya açıqlamasında deyib ki, bu da I ixtisas qrupu üzrə imtahan verən abituriyentlərin 52,41%-ni təşkil edir. Onun sözlərinə görə, imtahanda abituriyentlərdən 7589 nəfəri 100-200 bal (21,37%), 4299 nəfəri 200-300 bal (12,10%), 3813 nəfəri 300-500 bal (10,74%), 831 nəfəri 500-600 bal (2,34%), 371 nəfəri isə 600-700 bal (1,04%) arası nəticə göstərib.
E.Nağızadə qeyd edib ki, I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında ümumilikdə 35519 abituriyent iştirak edib. Onlardan xüsusi qabiliyyət tələb edən ixtisaslar istisna olmaqla, ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında 11 min 855 abituriyent müsabiqə şərtini ödəyərək ixtisas seçiminə buraxılıb.