Azərbaycanda əlillər üçün yeni "Reabilitasiya Konsepsiyası” hazırlanır
- 29.10.2019, 20:52,
- Cəmiyyət / Əsas
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Azərbaycanda əlilliyi olan şəxslərlə bağlı reabilitasiya işinin mütərəqqi dünya təcrübələri əsasında yenidən qurulması məqsədilə yeni “Reabilitasiya Konsepsiyası” sənədinin layihəsi üzərində iş gedir".
Live.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Finlandiyanın Azərbaycandakı səfirinin ofisi və Azərbaycan Əlillər Təşkilatları İttifaqının birgə təşkil etdiyi “Əlilliyi olan şəxslərin hüquqları” mövzusunda seminarda çıxışı zamanı deyib.
O bildirib ki, hazırda Almaniyanın Bədbəxt Hadisələrdən Sığorta Agentliyinə ilə bu istiqamətdə əməkdaşlıq həyata keçirilir.
A.Kərimov Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində yeni yaradılan “Reabilitasiya” altsisteminin də önəmini diqqətə çatdırıb. O qeyd edib ki, əlilliyi olan şəxslərin reabilitasiya müəssisələrinə qəbulu Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən altsistemə daxil edilən göndərişlər əsasında aparılacaq: "Bu da əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri üçün daha rahat və asan şəkildə müraciət imkanlarına malik olmasına, bərpa müəssisələrinə qəbul üzrə növbəliliyin e-qaydada və şəffaf, obyektiv aparılmasına, bu sahəyə nəzarətin daha təkmil qurulmasına imkan verəcək".
Nazir müavini bildirib ki, hazırda Nazirliyin 14 reabilitasiya mərkəzi var, onlardan 8 mərkəzin (Mərdəkan Pansionatının, Yevlax, Naftalan, Xaçmaz, Şəki, Lənkəran və Sumqayıt bərpa mərkəzlərinin, eləcə də Protez Ortopedik Bərpa Mərkəzinin) əsaslı təmir və bərpadan sonra cari ilin sonuna qədər istifadəyə verilməsi, respublikanın bölgələrində yeni reabilitasiya mərkəzlərinin tikintisi nəzərdə tutulub.