Nazir: "Azərbaycanda bütün restoranlara satılacaq qədər nərə balığı yoxdur"
- 31.10.2019, 12:52,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Restoranlarda nərə balığı adı ilə insanlara başqa ətin satılması halları mövcuddur".
LİVE.az "Report"a istinadla xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Yeni Azərbaycan Partiyasında keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, Azərbaycanda o qədər nərə balığı yoxdur ki, bütün restoranlarda satılsın: “O qədər nərə balığı yoxdur. Biz yediyimiz məhsula ehtiyatla yanaşmalıyıq. Digər balıq məhsulunun nərə balığı adı ilə verilməsi halları var. Vətəndaşlar bu məsələdə ehtiyatlı olmalıdırlar”.
Nazir əlavə edib ki, Azərbaycanda nərə balığının yetişdirilməsi istiqamətində işlər davam edir və ildən-ilə bu proses artır: “Bir zamandan sonra biz bunun müsbət nəticələrini görəcəyik”.