Bakıda AVRASİYA-2019 beynəlxalq meyvə və tərəvəz istehsalçılarının forumu keçirilib
- 02.11.2019, 21:13,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Yerli meyvə və tərəvəz istehsalçılarının beynəlxalq bazara çıxışını dəstəkləmək məqsədilə Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan) və USAİD-in birgə təşkilatçılığı, “Coca-Cola” şirkətinin dəstəyi ilə SGF International e.V. (SGF) və Beynəlxalq Meyvə və Tərəvəz Şirələri Birliyinin (IFU) AVRASİYA Forumu keçirildi. Sayca dördüncü dəfə keçirilən forum bundan əvvəl 2016-cı ildə Latın Amerikası, 2017-ci ildə Asiya və 2018-ci ildə Afrika qitələrində təşkil edilib. “AVRASİYA 2019” Forumunun iştirakçılarını Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin Müavini Rüfət Məmmədov və USAİD Azərbaycan Missiyasının rəhbəri Cey Sinqx salamlayaraq tədbirin meyvə və tərəvəz istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlar üçün beynəlxalq bazara çıxış əldə etməsi, xarici tərəfdaşlarla əməkdaşlıq əlaqələrinin qurulması üçün çox önəmli bir platforma olduğunu vurğuladılar.
““AVRASİYA 2019” Forumunun Azərbaycanda keçirilməsi ölkənin aqrar sektoru üçün önəmli hadisədir. Forum öz məhsullarını ixrac etmək üçün beynəlxalq bazara, xüsusilə də Avropa bazarını hədəfləyənlərə beynəlxalq meyvə və tərəvəz istehsalı standartları haqqında məlumat əldə etmək üçün unikal bir fürsətdir. Ümid edirik ki, bu tədbirdən sonra ölkəmizin meyvə şirələri istehsalçıları, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar üçün xarici bazarlara çıxış üçün yeni imkanlar açılacaq.”-deyə AmCham Azərbaycan təşkilatının İcraçı Direktoru Natavan Məmmədova vurğuladı.
SGF təşkilatının Baş Katibi Aleksandra Heinerman və Beynəlxalq Meyvə və Tərəvəz Şirələri Birliyinin (İFU) Prezidenti Dirk Lansbergen “AVRASİYA Forumu”nun Azərbaycanda keçirilməsindən çox məmnun olduqlarını bildirdilər. 1974-cü ildə yaranan SGF təşkilatının meyvə şirələri istehsalçıları üzvlərinin könüllü nəzarət funksiyasını yerinə yetirdiyi qeyd edildi. 1949-cu ildə əsası qoyulmuş İFU isə dünya meyvə şirələri istehsalçıları, milli istehsalçılar assosiasiyalarından ibarət beynəlxalq təşkilat olmaqla üzvlərini Codex Alimentarius və digər beynəlxalq qurumlarda təmsil edir. SGF və İFU təşkilatları Azərbaycan istehsalçıları üçün də açıq olduqlarını vurğulayaraq, yerli istehsalçıları təşkilata üzv olmağa dəvət etdilər.
50-yədək yerli istehsalçı və sahibkarın qatıldığı Forum beynəlxalq məruzəçilərin təqdimatları, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədarük və Təchizat birliyinin sədrinin çıxışları ilə yekunlaşdı.