Aleksandr Novak: "2020-ci il üçün neft bazarı ilə bağlı heç bir mənfi proqnoz yoxdur"

"Neft bazarı balanslaşdırılıb və 2020-ci il üçün neft bazarı ilə bağlı heç bir mənfi proqnoz yoxdur".

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Rusiyanın Energetika naziri Aleksandr Novak deyib.

Onun sözlərinə görə, dünya neft bazarı bir çox, o cümlədən fundamental amillərdən - tələb və təklif tarazlığından, dünya iqtisadiyyatının inkişafı ilə əlaqəli vəziyyətdən, böyük iqtisadiyyatlar arasındakı ticarət münasibətlərindən, bəzən bazarda yaranan fors-major vəziyyətlərdən asılıdır.

"Bu ilin dördüncü və gələn ilin birinci rübündə - OPEC və qeyri-OPEC ölkələri arasındakı razılaşmanın müddətinin sonuna qədər bazardakı vəziyyəti izləməyə davam edəcəyik", - Novak bildirib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri