“Alibaba” 90 dəqiqədə 16,3 milyard dollarlıq mal satıb

“Alibaba Group Holding LTD” “Subaylar günü” ilə bağlı keçirdiyi aksiya zamanı 90 dəqiqədən az bir müddətdə 114 mln. Çin yuanı yaxud 16,3 mlrd. ABŞ dolları (27,71 mlrd. manat) civarında alış-verişə imza atıb.

“Report” xəbər verir ki, bu, ötən il 24 saat ərzində baş tutmuş dövriyyənin 50%-nə bərabərdir.

Məlumatda deyilir ki, 24 saat ərzində davam edəcək aksiya zamanı şirkətin ticarət dövriyyəsinin həcmi 500 mlrd. dolları ötəcək.

Məlumata görə, hər il noyabrın 11-də qeyd edilən bu alış-veriş festivalı dünyanın ən böyük festivalı hesab olunur. Bununla yanaşı, investorlar Çin iqtisadiyyatının 6% gerilədiyi zamanda bu ölkədən olan istehlakçıların necə iştirak etdiyini yoxlayırlar.

Qeyd edək ki, ötən il “Alibaba”nın satışları 27% artaraq 213,5 mlrd. yuan yaxud 30,7 mlrd. dollar (52,2 mlrd. manat) olub.

Xatırladaq ki, hər il noyabrın 11-də (11.11) “Subaylar günü” kimi qeyd edilir və bu münasibətlə xüsusi endirimlər olur.
Şərhlər
Dünya bölməsinin xəbərləri