EMİN 2 yaşlı İmrana köməkdən yazdı
- 24.07.2013, 18:03,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Məşhur müğənni, bəstəkar, Azərbaycanlı iş adamı Emin Ağalarov Nabranda baş verən faciəli hadisə nəticəsində ayağını itirən iki yaşlı İmran Cəfərzadədən yaıb. ANS-in məlumatına görə, o sosial şəbəkədə yazdığı mesajında uşağın valideynlərinə dözüm arzu edib.
"Qeyd edətmək istəyirəm ki, bu faciəyə reaksiya verən təkcə mən olmadım. Bu hadisə barədə bu gün səhər İnstagramdan xəbər tutandan sonra uşağın xalası ilə əlaqə saxlaya bildik. Lazım olan pulun yarısının artıq həmvətənlərimiz çağırışları ilə tərəfindən toplanmışdı. Digər yarısı isə - Bakıda verdiyim 11 iyun xeyriyyə konsertindən toplanan vəsait isə bu gün təcili şəkildə onlara göndərildi. Bildiyim qədərilə təşkilati məsələləri dövlət öz üzərinə götürüb. Bir daha qeyd edirəm ki, bu, bizim ümumi köməyimizdir və ümid edirik ki, toplanan vəsait həqiqətəndə kömək edəcək”.