Cem Yılmaz Bakıda möhtəşəm konsert verdi




Nəhayət, səbirsizliklə gözlənilən hadisə baş tutdu! Bakıda minlərlə fanatı olan Türkiyənin məşhur komediya ustası Cem Yılmaz paytaxtımıza təşrif buyurdu.

Yumoristik çıxışları ilə şöhrət qazanan Cem Yılmaz Türkiyə şou-biznes aləminin ən tanınan simaları siyahısında yer tutmuşdur. O, komediya ustası olmaqla yanaşı həmçinin aktyor, karikaturaçı rəssam, ssenarist və rejisor kimi fəaliyyət göstərir.

Noyabrın 16-da Bakı Konqres Mərkəzində məşhur şoumen Cem Yılmaz media ilə görüşdü. Ölkənin televiziya kanallarının və saytlarının nümayəndələri mətbuat konfransında iştirak edərək suallarını səsləndirdilər.

Bir çoxlarını maraqlandıran sual da burada səsləndi. Şoumen dəfələrlə Bakıya dəvət olunsa da razılıq baş tutmamışdır. Bəs niyə məhz bu dəfə Cem Yılmaz “TOPAZ” şirkətindən gələn təklifə müsbət cavab verdi?

Məşhur yumor ustası sualı belə cavablandırdı: “Yaxşı sualdır. Bəli, son illərdə Bakıda çıxış etmək üçün bir çox təklif aldım, amma niyə başqalarını qəbul etmədim, “TOPAZ”ı qəbul etdim. İlk növbədə “TOPAZ”-ın mənə və komandama qarşı yanaşması son dərəcə peşəkar idi. Sonra “TOPAZ”-ın kim olduğunu araşdırdım. Qarşıma çox etibarlı, peşəkar bir şirkət çıxdı və mən də bu gözəl ölkəyə - Azərbaycana məhz “TOPAZ” vasitəsi ilə gəlməyi qərara aldım”.

Zarafatlarından geri qalmayan Cem şəhərimiz barədə xoş fikirlərini dilə gətirib: “Bakıda ilk dəfə səhnəyə çıxacağam. Buranı çox bəyəndim. Konsert məkanı da çox gözəldi. Türkiyədə belə yer yoxdur. Dünyanın ən cəld pianoçusunun burada səhnə alacağını gördüm. Mən özümə dünyanın deyil, İstanbulun ən cəld komedyeni deyə bilərəm(gülür) Sonuncu dəfə 6 il öncə səhnə almışdım. Bu gün çıxışımda bu illər ərzində nələr etdiyimdən, başıma gələnlərdən danışacam. Səhnədəki çıxışım uğurlu olsa, bütün dostlarımı bura gətirəcəm. Həm də pulsuz(gülür) Zarafatlarımın içərisində tənqid olur. Nəticə çıxarıb, düzələnlər var. Komediya işi yaşlandıqca təkmilləşir. 20 yaşında anlatdığınla, 50 yaşdakı eyni olmaz. Dilimiz bir az fərqlidir. Ancaq əsas zarafatları qarşı tərəfin anlamağıdır. Bəzən ciddi danışdığımda inanmırlar. Bir dəfə səhnədə vəziyyətim pisləşdi. 3000 tamaşaçıdan aralarında “həkim var” deyə, soruşdum, amma zarafat sandılar. Saat soruşanda belə, nəsə zarafat olacağını gözləyirlər. Mən kim güldürərsə, ona gülərəm. Heç bir fürsəti qaçırmıram. Özümə gülürəm, həm də pulsuz (gülür) İşin ən gözəl tərəfi budur. Evdə də Cem Yılmaz var”.

Azərbaycanın mədəniyyətini sevdiyini deyən Yılmaz dinlədiyi sənətçilərin adlarını açıqlayıb: “Xüsusilə, musiqinizi çox izləyirəm. Sizin mədəniyyəti, zarafatları öyrənmək üçün iki gün yetməz. Bir tar alıb, ifa etməyi öyrənəcəm. Sizdə bütün evlərdə hansısa musiqi alətini ifa edə bilənlər var. Sənətçilərinizdən Miri Yusifi, Aygün Kazımovanı, İradə ibrahimovanı, Raufu tanıyıram. Bir həftə burada qalsam, Miri Yusif kimi Xalq artisti olaram. Azərbaycanlı həmkarımın yaxın zamanda İstanbulda çıxışı olub. Deyib ki, mənim çıxışım 10 manatdır, türkcə danışıram, azəricə danışsam, 700 m olacaq. Azərbaycanlı həmkarlarımla tanış olmaq istərəm. Təklif olsa, sizin aktyorlarla bərabər filmdə olmaq istərəm. Komediya olması vacib deyil. Mənə deyirlər ki, həmişə dostlarını filmə çəkir. Mənim dostlarım aktyordur, nə edim deyirəm”.

Komediya ustası oğlu bu sənəti seçsə, əngəl olacağını gizlətməyib: “İndiki uşaqlar çox zəkidirlər. Oğlumun 7 yaşı var. Aktyor olmaq istəsə, əngəl olmağa çalışaram”.



“Bakı Konqres Mərkəzi”-də 16 -17 noyabrda baş tutan  konsertdə komediya ustası tez-tez tamaşaçılarla zarafat edərək, onlarla dialoqa girib. O, səhnədə ilk dəfədir Bakıya gəldiyin, buranı çox bəyəndiyini qeyd edib. Komediya ustasının səhnədə pop ulduz Tarkana və məşhur aşpaz Nüsrətə atmacaları tamaşaçılar arasında gülüş doğurub. Mükəmməl səhnə performansı ilə diqqət çəkən Yılmaz izləyiciləri çıxışının sonuna qədər güldürməyi bacarıb. Konsertlər böyük anşlaqla keçib.

Noyabrın 17-də Cem Yılmaz Fəxri xiyabanı və Şəhidlər xiyabanındakı Türk şəhidliyini ziyarət edib. O, ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsini ehtiramla yad edib.

Cem Yılmazın möhtəşəm konsert proqramı da məhz “TOPAZ” brendinin dəstəyi və təşkilatçılığı ilə keçirilib.

“Caspiantech” (daha öncə "Azərinteltek" QSC olmuşdur) QSC-nin ticarət nişanı olan TOPAZ 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başlayıb. Yarandığı dövrdən indiyədək idmanın inkişafına fəal dəstək verən “TOPAZ” markası 2012-2019-ci il tarixlərində Azərbaycan Premyer Liqasının sponsoru olmuşdur. Bundan başqa, bir çox layihələr üzərində çalışaraq Azərbaycanda idmanın müxtəlif növlərinin inkişafına layiqli töhfələr vermişdir.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri