Gürcüstanda “Avro 5” yanacaq standartına keçid təxirə salınıb
- 19.11.2019, 15:58,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Gürcüstanda “Avro 5” yanacaq standartına keçid 2021-ci ilə qədər təxirə salınıb.
Live.az Report”a istinadən xəbər verir ki, bu barədə hökumət qərar qəbul edib.
Yeni standartın 2020-ci ilin yanvarın 1-dən etibarən qüvvəyə minəcəyi nəzərdə tutulmuşdu.
Qeyd edək ki, hazırda Gürcüstana idxal olunan dizel yanacağının 40%-i Azərbaycanın payına düşür.
Qonşu ölkədə “Avro 5” standartına 2020-ci ildən qüvvəyə minməsi müsbət qarşılanmırdı. Ekspertlərin fikrincə, yeni standarta keçiddən sonra Azərbaycan Gürcüstanı yanacaqla təmin edə bilməyəcəkdi və ölkənin əsas yanacaq tədarükçüsü Rusiya olacaqdı.
Azərbaycanda “Avro 5” standartına uyğun yanacağın istehsalına 2021-ci ildə başlanılması gözlənilir.