British Council Bakıda Müxtəlifik Həftəsini qeyd edir



British Council fərqli təcrübəyə və biliklərə malik olan insanlarıbir araya gətirmək məqsədi daşıyan və hər il keçirilən Müxtəlifik Həftəsini qeyd edir.

LIVE.az məlumat verir ki, British Council  fəaliyyəti  müxtəlif mədəniyyətləri bir araya gətirən mənalı, davamlı və hörmətli münasibətlərin qurulmasına əsaslanır.

British Council  hər il bir həftəni  proqram iştirakçıların, müştərilərinin  və tərəfdaşların fərqliliyini qeyd etməyə həsr edir. 18-22 noyabr  tarixlərində Bakıda  geniş ictimaiyyətin iştirak etməsi üçün bir sıra inklüziv və təhsil xarakterli tədbirlər təşkil olunacaq.

18 noyabr "Holiday Inn Hotel"də   Birləşmiş Krallıqdan olan, vizual incəsənət və ifa sənəti sahəsində təcrübəyə malik olan təlimçi və  konsultant Barbara Lisiçki tərəfindən hazırlanmış "Əlillik Bərabərliyi və İnklüziv təcrübə” adlı təlim keçirildi. Barbara əlilliyi olan insanların iştirakı ilə şouların təşkil edilməsini incəsənət, mədəniyyət, təhsil və dövlət sektorlarında Əlilliyi olan İnsanların Bərabərliyi mövzusunda təlimlərin keçirilməsi ilə bir araya gətirən "The Entertrainers Limited" şirkətinin təsisçisi və direktorudur.

Noyabrın 19-da Landmark III Cineclub-da Doktor Pol Qibbs də Barbara Lisiçkinin təliminə qoşularaq "Qlobal Müxtəlifliyin İdarəedilməsi – Buna dəyərmi?" adlı qısa təqdimatla çıxış etdi. Doktor Pol Qibbs Birləşmiş Krallığın Midlseks Universitetində ali təhsil sahəsində dərs deyir. Onun maraq göstərdiyi sahələr və nəşr edilmiş məqalələri ali təhsilin marketinqi, xoşbəxtlik, fəlsəfə, peşəkar təcrübələr və vaxt kimi mövzuları əhatə edir.

Qonaq-spikerlərin qısa təqdimatlarından sonra Sara Bartonun filmi "Mütilikdən çıxmış həyatlar" (Defiant Lives) təqdim edildi. Film dünya haqqında heç vaxt eşitməyən böyük azadlıq carçılarını təqdim edir və Amerika Birləşmiş Ştatları, Britaniya və Avstraliyada əlilliyi olan insanların hüquqlarının müdafiəsi hərəkatının yüksəlişi və zirvəsini göstərir.

British Council noyabrın 21-də Müxtəliflik Həftəsinin proqramını əlilliyi olan insanlar üçün nəzərdə tutulmuş "Hands Art" platformasının təsisçisi Murad Məmmədovun təqdimatı, inklüziv rəqs təhsili verən rəqs studiyası "Harmony Dance Studio"nun təsisçisi Fərid Mehdiyevin və əlil arabasında rəqs idman növü üzrə çempionluq qazanmış Vüsalə Kərimovanın "Əlil arabasında rəqs" təqdimatı ilə davam edəcəyik. Təqdimatlardan sonra "Harmony Dance studio" qısa rəqs dərsi verəcək. Tədbir saat 16:00-dan 18:00-dək AF Biznes Mərkəzində keçiriləcək.

Azərbaycandakı "British Council"in ölkə üzrə direktoru Samr Şahın sözlərinə görə, “Bizim Birləşmiş Krallığın mədəniyyət üzrə əlaqələr və təhsil imkanları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilat olaraq məqsədimiz fərqli təcrübələr, bacarıqlar və biliklərə malik olan insanları bir araya gətirən inklüziv proqram və layihələr hazırlamaqdan ibarətdir. Məhz bu səbəbdən, biz hər il bütöv bir həftəni bərabərlik, fərqlilik və inklüzivlik prinsiplərinə sadiqlik hissimizi qeyd etməyə həsr edirik. Bu il keçirdiyimiz tədbirlərdə Birləşmiş Krallıq və Azərbaycandan olan, dünyanı dəyişmək qətiyyətinə malik insanlar bizə qoşularaq ölkələrimizdə fərqliliyin təşviq və qeyd edilməsinə yönəlmiş ideya və fəaliyyətlərini paylaşacaqlar.”






 
Şərhlər
Sosial bölməsinin xəbərləri