Bakıda dünyanın ən sürətli piano ifaçısının konsertinə həsr olunmuş mətbuat konfransı keçirilib.
LİVE.az-ın məlumatına görə, məşhur macar pianoçusu Peter Bens dünya turu çərçivəsində noyabrın 22-də Bakı Konqres Mərkəzində konsert verəcək.
Konsertdən əvvəl mətbuat konfransı keçirən pianoçu musiqi yaradıcılığı barədə məlumat verib.
Dünyanın ən sürətli pianoçusu azərbaycanlı jurnalistlərlə söhbətində konsert proqramından danışaraq bildirib ki, Bakı tamaşaçıları üçün yeni əsərlərini səsləndirəcək
Macar sənətçi ölkəmiz haqqında çox şey bildiyini də vurğulayıb.
İfaşçı bildirib ki, 2-3 yaşlarından pianoda ifa etməyə başlayıb, beş yaşında isə musiqi məktəbinə daxil olub. Əvvəllər daha çox dünya şöhrətli bəstəkarlardan Mosartın, Şopenin əsərlərini dinləyirdisə, indi Sebastiyan Baxa üstünlük verir. İlk kompozisiyasını yeddi yaşında yazıb.
Bakıda növbəti dəfə gəldiyinə şaddır və yerli mətbəxdə xoşu gəldiyini bildirib.
Mətbuat konfransından sonra pianoçu konsert proqramı ilə çıxış edib. Musiqili gecədə P.Bens öz bəstələri ilə yanaşı, dünya şöhrətli musiqiçilərin də əsərlərinə müraciət edib.
Qeyd edək ki, pianoçu 2012-ci ilin yanvar ayında Ginnesin Rekordlar Kitabına düşüb. Cəld ifasına görə dünyada 1-ci yerdədir. Son iki ildə dünyanın 40-dan çox ölkəsində çıxış edib.
Qeyd edək ki, P.Bens 2012-ci ildən bəri ABŞ, Kanada, Avropa və Asiyada qastrol səfərlərində iştirak edir. O, eyni zamanda televiziya, kino, teatr, qısametrajlı filmlər və sənədli filmlər, həmçinin məşhur sənətçilər üçün mahnılar yazmağa başlayıb.
Konsert 22 noyabr saat 20:00-da Bakı Konqres Mərkəzində keçiriləcək.