Samur çayı üzərindən yeni körpünün inşası və köhnə körpünün təmiri ilə bağlı Rusiya və Azərbaycan arasında protokol imzalayıb

Samur çayı üzərindən yeni körpünün inşası və köhnə körpünün təmiri ilə bağlı Rusiya və Azərbaycan arasında protokol imzalayıb Samur sərhəd-keçid məntəqəsində Rusiyanın nəqliyyat naziri Maksim Sokolovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov arasında görüş


APA-nın xəbər verdiyi kimi, bu barədə Azərbaycan Nəqliyyat Nazirliyinin məlumatında deyilir.


Görüş zamanı Samur çayı üzərindən yeni körpünün tikintisi və köhnə körpünün təmiri ilə bağlı fikir mübadiləsi aparılıb və müvafiq protokol imzalanıb.


Tədbirdə Azərbaycanda son illər ərzində əldə olunan nailiyyətlər, nəqliyyat-yol kompleksində həyata keçirilən irimiqyaslı layihələr, həmçinin, Rusiya ilə Azərbaycan arasında nəqliyyat əlaqələrinin mövcud vəziyyəti və perspektivlər, habelə ikitərəfli əməkdaşlığın müxtəlif aspektləri müzakirə olunub.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri