Şimal bölgəsində qarın hündürlüyü 22 sm-ə çatıb
- 23.11.2019, 13:33,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Quba, Qusar və Xızı rayonlarına ötən gün qar yağmaqda davam edib.
LİVE.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Xızının Altıağac qəsəbəsində qarın hündürlüyü 22 santimetr təşkil edib, temperatur isə mənfi 6 dərəcə olub.
Qubanın Qırız kəndində 16 sm, Xınalıqda 12 sm, Təngəaltında 18 sm, Quba rayonunun mərkəzində isə 7 sm qar müşahidə olunub. Qubada ən aşağı temperatur mənfi 18 dərəcə olmaqla Xınalıqda qeydə alınıb.
Qusarın Ləzə kəndində qarın hündürlüyü 16 sm-ə çatıb, temperatur isə mənfi 15 dərəcəyədək aşağı düşüb.