Pikassonun rəsm əsəri Kanada hərracında 6,9 milyon dollara satılıb
- 23.11.2019, 13:59,
- Mədəniyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İspaniyalı rəssam Pablo Pikassonun (1881-1973) 1941-ci ildə çəkdiyi "Şlyapalı qadın" əsəri Kanadanın Toronto şəhərində yerləşən "Heffel Fine Art Auction House"da 9,1 milyon Kanada dollarına (6,9 milyon ABŞ dolları) satılıb.
LİVE.az məlumatına görə, bu barədə TASS xəbər verir.
Kətan üzərində yağlı boya ilə işlənmiş rəsm əsərində Pikassonun ilham pərisi və sevgilisi - Dora Maar təsvir edilib.
Qeyd edək ki, Pikassonun rəsm əsərləri dünyada ən bahalılar sırasındadır.