“Nəqliyyat və İnfrastruktura nazirinin müavini Aleksandra Klitinanın vəzifəyə gedən yolu yataqdan keçib”.
“Qafqazinfo”nun “Strana” nəşrinə istinadən verdiyi xəbərə görə, bu iddianı Ukrayna Prezidenti Vladimir Zelenskinin partiyası “Sluqa naroda”dan olan millət vəkili Anton Polyakov səsləndirib.
Bununla da o, Ukraynada yeni seks qalmaqalının yaranmasına səbəb olub. Qarşı tərəfin isə xəbərə reaksiyası gecikməyib.
O, feysbuk hesabında həyat yoldaşı ilə oğlunun şəklini paylaşaraq ukraynalı jurnalistləri qeyri-adekvatlıqda ittiham edib:
“Ailəmə heyranam! Deyəsən, bizdə jurnalistika qeyri-adekvat halda inkişaf edir. Bəzi sübut olunmamış dedi-qodulardan anormal nəticələr çıxarırlar”.