Azərbaycana istismar müddəti 7 ildən çox olan avtomobillərin idxalı məhdudlaşdırıla bilər




“Əgər Dövlət Gömrük Komitəsinə rüsumların azaldılması ilə bağlı təkliflər daxil olsa, biz onlara etiraz etmərik”.

“Report” xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

“Gömrük rüsumlarının müəyyən edilməsi bizim səlahiyyətimizdə deyil. Komitə olaraq özümüz də hökumətə bir sıra təkliflər vermişik. Bunlardan biri ekoloji təmiz avtomobillərin ölkəyə gətirilməsinin stumullaşdırılması ilə bağlıdır. Təklif etmişik ki, yaşı 7 ildən çox olan avtomobillərin idxalına məhdudiyyət qoyulsun. Həm ekoloji tarazlıq, həm də insanların sağlamlığını düşünərək bu cür təkliflə çıxış etmişik", - o qeyd edib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri