“Road Safety Festival” Bakıda: Karina Koks və




24 noyabr “Addım Gənclər təşkilatı”nın təşəbbüsü ilə daha bir sosial xarakterli  layihə, “Road Safety Festival” adlı yol təhlükəsizliyi barəsində tədbir keçirilib.

LİVE.az xəbər verir ki, layihə çərçivəsində Rusiyalı müğənni “Slivki” qrupunun üzvü  Karina Koks, Avropanın məşhur “Ottawan” qrupu, yerli ulduzlardan isə Rəhim Rəhimli səhnə alaraq, tədbir iştirakçılarına şoularını nümayiş etdiriblər.

Bundan başqa, gecədə modellərin iştirakı ilə podium yürüyüşü keçirilib. Onların sırasında tanınmış model Rüstəm Cəbrayılov da yer alıb. Qonaqlara «Noora» brendin yeni, yol təhlükəsizliyinə həsr olunmuş  geyim kolleksiyası nümayiş  olundu.



Səhnədəki çıxışı sonrası Karina Koks kulisdə təəsüratlarını jurnalistlərlə bölüşüb: “Bakıya bu konsert üçün gəlmişəm.Sonuncu dəfə 5 il öncə burada olmuşdum. Hər gəlişimdə yeni dəyişikliklərlə qarşılaşıram. Bakını Qafqazın Parisi adlandırardım. Bulvarınızda gəzərkən, belə təsəvvür yaranır.

Mahnılarımdan birinə Bakıda klip çəkmək istərəm. Gözəl mənzərəli yerləriniz çoxdur. Ola bilsin ki, elə Azərbaycan dilində mahnı olsun, bilmək olmaz. Məmnuniyyətlə, konsert də vermək istəyərəm”.









 
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri